Donald Tramp administrasiyası İsrailin ABŞ-nin İrana hücumlarında iştirak etməsini istəmir.
"Bakupost" xəbər verir ki, bu barədə CNN telekanalı İsrail mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ- nin hücumlarına qoşulmaqda maraqlı olub. Lakin Vaşinqton bu mərhələdə İsrailin prosesdə iştirakını arzuolunmaz saydığını açıq şəkildə bildirib.
İsraildə aparılan qiymətləndirmələrə əsasən, Tramp administrasiyası genişmiqyaslı müharibəyə qayıtmaq niyyətində deyil. Qeyd olunur ki, Vaşinqtonun hazırda gündəmində olan maksimal addım İran limanlarına qarşı dəniz blokadasını yeniləməkdir.