Ru
13:43 / 06 Yanvar 2026

Venesuelada jurnalistlər həbs edildi

Venesuelada jurnalistlər həbs edildi
Eye

Venesuelada mediaya siyasi təzyiq güclənib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Venesuelanın Milli Jurnalistlər Assosiasiyasının (VMJA) məlumatına görə, ölkədə siyasi böhran fonunda 14 media əməkdaşı saxlanılıb. Həbs olunan media nümayəndələri bir neçə saat sonra buraxılsa da, bir əcnəbi jurnalist deportasiya edilib. Həbs zamanı jurnalistlərin telefon və avadanlıqları araşdırılıb.

VMJA-nın məlumatına görə, həbs olunanlar əsasən paytaxt Karakasda siyasi hadisələri işıqlandıran müstəqil media əməkdaşları olub. Hadisələr yerli vaxtla səhər baş verib. Jurnalistlərin həbsi Venesuelada müstəqil mediaya qarşı artan təzyiqin göstəricisi kimi qiymətləndirilir.

“Reuters” agentliyi bildirir ki, jurnalistlərin həbsindən sonra ölkədə senzura tətbiqinə başlanılıb.

Venesuelada son aylarda iqtisadi böhran və ABŞ ilə gərgin geosiyasi vəziyyət ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Bu prosesdə həm daxili, həm də xarici medianın fəaliyyəti diqqət mərkəzindədir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar