ABŞ vitse-prezidenti Ceyms Di Vensə məxsus evin pəncərələrini naməlum şəxslər sındırıb.
Bakupost.az CNN-ə istinadən xəbər verir ki. insident ötən gecə saatlarında Ohayo ştatında baş verib. Hadisə zamanı vitse-prezident və onun ailə üzvləri iqamətgahda olmayıb. Polis bir nəfər sübhəlini saxlayıb, araşdırma aparılır. CNN-in mənbəsinin bildirdiyinə görə, saxlanılan şəxs vitse-prezidentin evinə daxil olmayıb.
Yerli KİV-lərin yazdığına görə, gecə saat 00:00 radələrində Məxfi Xidmət əməkdaşları Vensə məxsus evin ətrafında qaçan naməlum şəxsi müşahidə edərək bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər evin pəncərələrinin zədələndiyini aşkar ediblər.
Hadisənin motivləri hələlik açıqlanmır.
Cavid, BakuPost