Ru
13:00 / 26 Fevral 2019

Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır

Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır
Eye

 


Çempionatda bərbad mövsüm keçirən "Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil.

 

Klubun maddi problemləri mövcuddur. 



Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir. 



Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur. 



Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir. 



Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur.  (Qafqazinfo.az)


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar