Ru
10:01 / 15 Noyabr 2025

“WhatsApp” bu telefonlarda işləməyəcək – SİYAHI

“WhatsApp” bu telefonlarda işləməyəcək – SİYAHI
Eye

Populyar mesajlaşma tətbiqi “WhatsApp” sabahdan etibarən 2016-cı il və daha əvvəldə istehsal olunan bir çox smartfon modelləri üçün yeniləmələri dayandırır.

Bakupost.az xəbər verir ki, şirkətin açıqlamasına görə, tətbiqin yeni funksiyaları zəif texniki göstəricilərə malik cihazlarda performans problemi yaratdığı üçün bu addım atılıb.

Son yeniləmə ilə birlikdə 2016-cı ildə buraxılan smartfonlar artıq dəstəklənən cihazlar siyahısına daxil olmayacaq. Bu modellər əvvəlcə yeniləmə ala bilməyəcək, daha sonra isə tətbiqdən tam istifadə imkanı itəcək.


Bu addım yüzlərlə telefon modelinə şamil ediləcək. Siyahıya daxil olan bəzi tanınmış cihazlar belədir:

Android cihazları:

- Huawei Mate 9 Pro

- Samsung Galaxy S7

- Xiaomi Mi Note 2

- HTC 10 evo

- Sony Xperia XZ

- Xiaomi Mi 5 Pro

- Samsung Galaxy C9 Pro

iOS cihazları:

- iPhone 6

- iPhone 6s

"WhatsApp" köhnə cihazlara dəstəyi dayandırmaqla tətbiqin təhlükəsizliyini və funksionallığını artırmağı hədəflədiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar