Ru
11:18 / 15 Noyabr 2025

Gəncədə dəhşət: 17 yaşlı oğlanı qəsdən maşınla vurub öldürdü

Gəncədə dəhşət: 17 yaşlı oğlanı qəsdən maşınla vurub öldürdü
Eye

Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov "VAZ 2107"-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.

Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin "VAZ 2107" ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.

Hadisədən sonra "VAZ 2107"-in sürücüsü polisə təslim olub.

Ə. Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar