Kəşmirdə bir polis idarəsində güclü partlayış baş verib. Çox sayda partlayıcının partlaması nəticəsində ən azı 7 nəfər həyatını itirib, 27 nəfər yaralanıb. Partlayıcılar bir neçə gün əvvəl həyata keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatı zamanı ələ keçirilmişdi.
Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti polis əməkdaşları və partlayıcıları yoxlayan xüsusi qrupun üzvləri olub.
Yaralılardan beşinin vəziyyətinin kritik olduğu bildirilir, bu səbəbdən ölü sayının artması ehtimal edilir.