Ru
10:27 / 15 Noyabr 2025

Tanınmış rəssam vəfat etdi

Tanınmış rəssam vəfat etdi
Eye

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam​ Elman Cəfərov 74 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə onun müəllim kimi fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi işləyib.

Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub. Rəssamın yaradıcılığında “Babək”in atlı heykəli, “Dədə Qorqud”un ilkin heykəli, “Mir Həsən Seyidov”un büstü və digər monumental əsərlər xüsusi yer tutur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar