Aktrisa Zümrüd Qasımova rejissor Səidə Haqverdiyevanın qalmaqallı açıqlamasına dəstək olub.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa S.Haqverdiyevanın haqqında sərt sözlər dediyi Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədovanı heç kimin tanımadığını bildirib:
"Kukla Teatrının aktrisası Nərmin Əhmədova açıqlamasında deyib ki, bu ucuz reklam və ya şou mənə lazım deyil. Vallah, YUĞ teatrı neçə ildi Kukla Teatrında yerləşir və bu söhbətlər çıxandan neçə adamdan soruşmuşam Nərmin hansı aktrisadır, heç kəs tanımır. "Googl"da da axtarış verdim, adı çıxmadı".
Qeyd edək ki, S.Haqverdiyeva teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadədən boşanma ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, buna səbəb ona göstərilən təzyiqlərdir. Səidə bu təzyiqləri isə N.Əhmədovanın etdirdiyi iddiasını irəli sürüb.