Ru
10:17 / 15 Noyabr 2025

Rusiyanın neft emalı zavoduna hücum – Yanğın başladı

Rusiyanın neft emalı zavoduna  hücum – Yanğın başladı
Eye

Ukrayna pilotsuz uçuş aparataları (PUA) Ryazandakı neft emalı zavoduna hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Telegram kanalları yerli sakinlərə istinadən məlumat yayıb.

Hələlik bu barədə rəsmi açıqlama yoxdur.

Vilayətin qubernatoru Pavel Malkov gecə bölgədə 25 PUA-nın məhv edildiyini, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. Rəsmi həmin müəssisənin adını açıqlamayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir.

17-18 milyon ton neft istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyada ilk beşliyə daxildir. Zavod vaxtaşırı Ukrayna PUA-larının hədəfi olur.

Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Rusiya ərazisində 64 PUA vurulub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar