Ru
08:51 / 22 Avqust 2025

"WhatsApp"da yeni funksiya işə salındı

"WhatsApp"da yeni funksiya işə salındı
Eye

"WhatsApp"da qarşı tərəfin zənginizə cavab vermədiyi halda, səsli mesajlar qoymağa imkan verən yeni səsli poçt funksiyası işə salınıb.

Bakupost.az bu barədə "WABetaInfo" portalına istinadla xəbər verir.

Yenilik "WhatsApp"ın "Android" üçün 2.25.23.21 nömrəli beta versiyasında müşahidə edilib.

Tətbiqin bu versiyasının zəng interfeysində "Zəngi bitir" və "Yenidən zəng et" arasında yerləşən "Səsli mesajı yaz" düyməsi peyda olub.

Düyməni basdığınız zaman qeyd avtomatik olaraq başlayır, daha sonra buraxılmış zəng haqqında bildirişlə birlikdə çata göndərilir.

Hər iki bildiriş birləşdirilib ki, bu da istifadəçiyə aralarındakı əlaqəni başa düşməyə imkan verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar