Ru
23:23 / 05 Dekabr 2025

Xalq artistindən Suad Qarayevaya SƏRT REAKSİYA

Xalq artistindən Suad Qarayevaya SƏRT REAKSİYA
Eye

Azərbaycanın dünya şöhrətli, görkəmli ziyalı xanımı, böyük şairə Məhsəti Gəncəvi haqqında yazılan aşağı yönümlü, yanlış və təhqiredici fikirlər yol verilməzdir!


Bakupost.az xəbər verir ki, Xalq artisti, Gəncənin sevilən ifaçısı Şahnaz Haşımova Azərbaycan mədəniyyət mühitində son günlərin ən çox müzakirə edilən qalmaqalı - “Məhsəti” filmi ilə bağlı bildirib.


Xalq artisti sosial media hesabında Suad Qarayevaya səslənib:

“Məhsəti” sözünün özü “böyük xanım”, “uca qadın” deməkdir. O, bu ada layiq olduğu üçün ona bu yüksək ad verilib. Gəncədə yaşamaq, Gəncəli olmaq şərəfdir, fəxr hissidir!”

Xatırladaq ki, filmlə bağlı qadağa Azərbaycanda gündəm olsa da, bir neçə beynəlxalq film festivalında artıq nümayiş olunub. Əbülfəz Qarayevin qızı Suad Qarayevanın çəkdiyi bu filmdə dünya şöhrətli Azərbaycan şairəsi Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın obrazında, erotik təsvirlərlə təqdim edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar