Ru
10:03 / 09 Dekabr 2025

“Xam neft Ermənistanın nəyinə lazımdır?” – Ekspert

“Xam neft Ermənistanın nəyinə lazımdır?” – Ekspert
Eye

“Mən bu xəbəri oxudum və o, mənə çox qəribə təsir bağışladı. Hətta peşəkar mütəxəssislərin olduğu “Linkedin” adlanan platformada həmin xəbərə olduqca maraqla yanaşmışdılar. Onlar Ermənistanın Azərbaycandan neft idxal etmək təşəbbüsünü müsbət qarşıladılar. Ancaq Ermənistanın Azərbaycan neftini niyə idxal etsin ki?!”

Bakupost.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O, Qəbələdə Azərbaycan və Ermənistan rəsmiləri arasında xam neft barədə razılığın nəticələrini şərh edib.

Xatırladaq ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlayıb. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında əldə olunduğunu diqqətə çaydırıb.

“O ölkələr neft idxal edir ki, onların neftayırma zavodları var. Gürcüstan Azərbaycandan bizdən neft idxal edirmi? Etmir. Çünki qonşu ölkədə neftayırma zavodu yoxdur. Alıb nə edəcək?! Bu baxımdan Ermənistan da yoxsuldur, neftayırma zavoduna sahib deyil", - deyə İlham Şaban vurğulayıb.

"Ümumən neft məhsulları bazarı heç yarım milyon ton illik tələbat olmayan bazar üçün neftemalı zavodu tikməyin mənası varmı? Əlbəttə, yox. Ona görə söhbət neft məhsullarından gedə bilər”, - deyə o əlavə edib.

Ekspert qeyd edib, Ermənistan Azərbaycandan neft məhsulu almaq istəyərsə, əvvəlcə sülh müqaviləsi imzalanmalı, diplomatik əlaqələr formalaşmalıdır:

“Azərbaycan vaxtilə Gürcüstanın neft məhsullarına olan tələbatının təqribən 1/3-ni təmin edirdi. Heydər Əliyev adına Neft Emalı Zavodun modernləşdiriməsi prosesi ilə əlaqədar olaraq, istehsal da azaldı. Ancaq Ermənistana neft borusunun çəkilməsi müəmmalı məsələdir. Doğrudur, Naxçıvana qaz kəməri çəkə bilərik. Reallıq budur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar