5 ildir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən xanəndə, Əməkdar artist Ehtiram Hüseynov Türkiyədə müalicə alır.
Bakupost.az xəbər verir ki, bu barədə o, Real TV-yə danışarkən deyib.
O, xəstəliyinin müalicəsində yeni bir mərhələnin olduğunu bildirib. Kök hüceyrə vasitəsilə MS xəstəliyinin irəliləməsinin qarşısını almaq qismən mümkündür. Məhz bu əməliyyatı yerinə yetirmək üçün xanəndəyə Azərbaycan mədəniyyətinin təbliğində xüsusi rolu olan və muğamımızın dünyaya tanıdılmasında müstəsna xidmətləri olan Heydər Əliyev Fondu dəstək göstərir.
Məlumata görə, xanəndəyə artıq kök hüceyrənin ilkin mərhələsi tətbiq olunub.
Ətraflı videoda: