Yardımlı rayonunda Mədəniyyət Evində yanğın başlayıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
***
Hadisə ilə bağlı FHN-dən bildirilib ki, "112" qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
Aysel,BakuPost