Yaşmanın “kanalizasiya yaşmağı” – Üfunətdən, çirkabdan boğulan kənd - FOTOLAR

  • 09 Avq 2019 17:18
  • 2300 Baxış
Yaşmanın “kanalizasiya yaşmağı” – Üfunətdən, çirkabdan boğulan kənd  - FOTOLAR
Xızı rayonunun Yeni Yaşma kənd sakinləri dözülməz vəziyyətdə yaşayır. Sakinlərdən BakuPost-a bildirilib ki, 30 ildir, kəndin kanalizasiya xətti yoxdur. Bakıdan 50 km məsafədə yerləşən bu kənddə 300 ev var, 500-dən çox ailə yaşayır, amma bir dənə də olsun kanalizasiya borusu yoxdur. Kənd demək olar ki, çirkab suların içində üzür, antisanitariya baş alıb gedir. Kənd sakinləri üfunətdən yaşaya bilmədiklərini, uşaqların tez-tez müxtəlif vuruşlara yoluxduğunu deyirlər.

Məsələ ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar, hətta icra nümayəndəliyinin qarşısında piket keçiriblər, amma nəticə yoxdur. Sakinlərin sözlərinə görə, İcra Hakimiyyəti rəhbərliyi bu acınacaqlı vəziyyətin həll olunmasına çalışmaq əvəzində problemi qaldıran şəxslərə təzyiqlər edirlər: "Dəfələrlə İcra Hakimiyyətində olmuşuq. Başçının müavini Arzu Əzizov bizi dinləmək əvəzində, kobudluq edir, bizi təhqir etməkdən, hədə-qorxu gəlməkdən belə çəkinmir. Bir səlahiyyətli adam çıxıb demir ki, bu iyrənclik nə vaxt aradan qaldırılacaq”. 

Məsələ ilə bağlı "Azərsu”dan BakuPost-a bildirilib ki, kəndin su problemi ötən il həllini tapıb, kanalizasiya məsələsi isə hələlik gündəmdə deyil.    