Ru
10:12 / 23 Sentyabr 2021

"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - Deputat

4423
"Özəl klinikalar koronavirusa görə testlərin qiymətini istədikləri şəkildə müəyyən edə bilməzlər. Onların “özəl müəssisə olduğum üçün istədiyim qiyməti qoya bilərəm” formasında yanaşması düzgün deyil".

Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, özəl müəssisəsələrdə koronavirusa görə analizlərin optimal qiymətləri olmalıdır:

“İndi pandemiya dövrüdür, virusa yoluxmuş hər bir şəxs başqalarının həyatı üçün risk yaradır. Buna görə də əlçatan qiymətlər və əlçatan xidmətlər üzərində düşünmək lazımdır. Optimal qiymətlər olmalıdır ki, vətəndaş koronavirusa görə vaxtında müayinə oluna bilsin və qiymətlərə görə bu müayinələrdən çəkinməsin. Çox insan bu imkansızlığa görə müayinə olunmur və başqalarını xəstəliyə yoluxdurur. Bunun da nəticəsi ortadadır”.

Deputat hesab edir ki, dövlət koronavirus testlərinin qiymətinə müdaxilə etməlidir.

F.Mustafa dövlət müəssisələri tərəfindən götürülmüş testlərin nəticələrinin daha qısa zaman ərzində açıqlana bilməsi üçün alternativ mexanizmlərin ortaya qoyulmasını da vacib sayıb:

“Təcili tibbi yardımın ünvana vaxtında çatmaması, test cavablarının çox gec açıqlanması narazılıqları getdikcə daha çox artırır. İnsanların səhiyyə sisteminə inamları qırıldıqda müalicədən yayınmağa başlayırlar, öz həyatlarını taleyin ümidinə buraxırlar. Bu da arzuolunan nəticə deyil. Çox istərdik ki, vəziyyət belə olmasın. Amma indiki şərtlər bu vəziyyətin düzəlməsinə təminat vermir. Vəziyyət düzəlmədikcə yoluxma və ölüm halları da artır. Lakin bütün bunlara görə yalnız vətəndaşı günahlandırmaq olmaz. Məsul qurumların, yüksək vəzifəli səhiyyə məmurlarının öz üzərlərinə düşən işi peşəkarcasına görməsi ölkəmizin pandemiya vəziyyətindən tez çıxmasına imkan verər”.

Ayan Əlizadə
Baku Post
Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    C'ənab Fazil niyə Tər Tər hadisələrini Eldar MAHMUDOV VƏ onun dəstəsinin vədigər analoqu olmayan hadisələri Milli Məclisdə müzakirəyə çıxarmısınız 3 cü dərəcəli hadisələrə reaksiya verirsiniz Gör kimlərə inanmışıq Sizi kimilərəinanmaq axmaqlıqdan başqa bir iş deyil

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər