Hazırda uşaq pulu mexanizmi ilə bağlı bəzi problemlər var. Çoxuşaqlı ailələrə ayrılan ünvanlı sosial yardımlar, müavinətlər əlçatan deyil. Ara-sıra bu mövzu ilə bağlı müzakirələr də olur.
Bəs uşaq pulunun veriləcəkmi? Neçə yaşa qədər uşaq pulu verilməlidir?
Məsələ ilə bağlı
millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.
O, problemi 2 cür yanaşma ilə təhlil edib:
“Bir qrup valideynlər işləmir. Gözlərini uşaq puluna dikib onun vasitəsilə müəyyən dərəcədə özlərinin təminatını həyata keçirmək istəyirlər. Bu pulu uşaq üçün xərcləməyi düşünmürlər. Amma bir qrup insanlar da bunu uşağın sağlamlığı üçün xərcləməyi düşünür. Biz əsasən, bu kateqoriya üzrə məsələni həll etməliyik. Çünki uşaq pulunun məqsədi uşaqların sağlam böyüməsinə, qida, geyim və başqa məsələlərdə onlara dəstək göstərməkdir. Buna da nəzarət olunmalıdır. Valideyn ümidini uşaq puluna bağlayır, işləmir. Elə bilir ki, bu onlara verilən əlavə bir müavinətdir. Amma əsasən, çoxuşaqlı analar üçün müavinəti artırmaq lazımdır. Bizdə də çoxuşaqlı ana anlayışını artıq 4 uşağa endirmək lazımdır. Azərbaycanda 6 uşaqlı ailələr çox nadir hallarda olur. Ən azı insanlar stimullaşmalıdır ki, ailələrdə ən azı 4 uşaq böyüyüb başa çatdırılsın. Sistem bu formada olaraq uşaqların sağlamlığına və rifahına sərf olunmalıdır”.
Aynur
BakuPost
7 yaşa qədər ana uşaqlarına qulluq etməli,qayğısını çəkməlidir.2 və 3 körpə usağı olan imkansız analar harada işləsin ? Necə işləsin? Münasib iş tapaq qeyri mümkündür.Əgər taparsa uçaqları kimə tapşırsın.30 ilə yaxındır camaat problemlər həddindən içində boğulur.Problemlər isə günü-gündən artır.Ünvanlı sosial yardım deyilən vəsaitləri UŞAQ PULUNA yönəltmək lazımdır.Onsuzda Ünvanlı deyilən ünvansız yardımların çoxu kimlərinsə ciblərinə girir.Usaq pulu verilsə valideylər bir az yükü azalar, Uşaqlara qulluq edən ana və ya atalara isə buna görə əmək stajı yazılmaqla qanun vercilikdə dəyişiklik emək lazımdır ,özüdə təcili.