“Vətəndaşlarımızın xarici ölkələrə gediş-gəlişini sadələşdirmək istiqamətində mütəmadi fəaliyyət göstərilir”.
Bakupost.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Son illər ərzində Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş, Çinə ümumvətəndaş pasportuna sahib vətəndaşlar üçün vizasız gediş-gəliş tətbiq edilib. Hazırda 5 ölkə ilə ümumvətəndaş pasportuna sahib vətəndaşlar üçün vizasız rejimin tətbiqi ilə bağlı işlər davam etdirilir. 2026-cı ildə də siyahıya başqa ölkələr əlavə olunacaq”, - nazir qeyd edib.