Ru
09:29 / 09 Sentyabr 2025

Aeroportdan şəhərə taksi sifarişi niyə ləğv edilib? - VİDEO

Aeroportdan şəhərə taksi sifarişi niyə ləğv edilib?  - VİDEO
Eye

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.

Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.

“Xəzərxəbər” sorğu apardığı zaman bəzi taksi sürücüləri bildirib ki, bu xəbəri eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı “London taksi”lərinə üstünlüyün verilməsi ola bilər.

Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.

Məsələ ilə bağlı “Bolt” və “Uber” daşıyıcı şirkətləri ilə əlaqə saxlanılıb.

“Bolt”dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər.

“Uber”dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: “Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”.

Daha ətraflı süjetdə:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar