Ru
20:13 / 04 Sentyabr 2025

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı
Eye

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.


DİN-in Mətbuat Xidmətindən Bakupost.az-a bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, ötən gün başlayan yanğın bu gün FHN tərəfindən söndürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar