Ru
21:25 / 04 Sentyabr 2025

Tramp məhkəməyə verildi

Tramp məhkəməyə verildi
Eye

Vaşinqton hakimiyyəti ABŞ Prezidenti Donald Tramp, Pentaqon, müdafiə naziri Pit Heqset və digərlərinə qarşı məhkəmə iddiası qaldıraraq, Milli Qvardiyanın paytaxtda yerləşdirilməsinin qanunsuz elan edilməsini tələb edib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Cavabdehlər Kolumbiya dairəsində hüquq-mühafizə tədbirləri həyata keçirmək üçün Milli Qvardiya qoşunlarını merin razılığı olmadan yerləşdirməklə Konstitusiyanı və federal qanunu pozaraq hərəkət ediblər", - iddiada deyilir.

Qeyd edək ki, bundan əvvəl Tramp Vaşinqtonun hüquq-mühafizə orqanlarının bəzi səlahiyyətlərini federal hökumətə ötürərək, şəhərdə cinayətin görünməmiş səviyyədə olduğunu bəyan edib. Müvəqqəti fövqəladə vəziyyət çərçivəsində Milli Qvardiya bir sıra yerlərdə yerləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar