Ru
20:22 / 04 Sentyabr 2025

Armaninin dəfn mərasiminin yeri və formatı məlum oldu

Armaninin dəfn mərasiminin yeri və formatı məlum oldu
Eye

91 yaşında dünyasını dəyişən italyan modelyer Corcio Armaninin dəfn mərasimi qapalı formatda keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Armani Group" şirkətinin rəsmi bəyanatında məlumat verilib.

Bəyanata görə, əfsanəvi modelyerlə vida mərasimi Milanda, Armani/Teatro Moda Evi sərgi mərkəzinin ərazisində baş tutacaq. "Armani Group" mərasimi ailənin və brendin yaradıcısının öz istəyinə uyğun təşkil edir.

Qeyd olunur ki, bu ilin iyun ayında modelyer sətəlcəm xəstəliyindən əziyyət çəkib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar