Ru
20:56 / 04 Sentyabr 2025

SON DƏQİQƏ: Rusiya XİN-dən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı - AÇIQLAMA

SON DƏQİQƏ: Rusiya XİN-dən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı - AÇIQLAMA
Eye

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, Rusiya XİN-nin yaydığı açıqlamada 2025-ci ilin fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” ASC-nin Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərini həyata keçirdiyi bildirilir.

Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.

“Təyyarənin xəsarət almış sərnişinlərə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib. 15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib. Xəsarət alanlar və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə razılaşdırılması istiqamətində işlər davam edir”- deyə XİN -nin məlumatında bildirlir.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar