Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvəti haqda danışıb.
Bakupost.az xəbər verir ki, o bu barədə sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın iclasından sonra açıqlama verib.
“Amerikalı tərəfdaşlar dedi ki, Putin məni Moskvaya dəvət edib. O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”, - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya hərbi münaqişəyə son qoymaq üçün heç bir istək göstərmir.