Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ səfiri Kristina Kvini qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf imkanları, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaların, eləcə də ABŞ və Ermənistan arasında imzalanmış anlaşma memorandumlarının əhəmiyyəti vurğulanıb.