Ru
17:45 / 04 Sentyabr 2025

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır
Eye

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.

Bakupost.az xəbər verir ki, Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.

1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.

H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.

Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar