Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində seçkilər ərəfəsi müxtəlif partiyalardan azı 16 namizəd dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yerli seçki komissiyasının sədri Monika Vissmana istinadən məlumat yayıb.
“Əvvəlcə dörd, sonra isə “Almaniya üçün Alternativ” partiyasının yeddi siyasətçisindən danışılırdı. Lakin “Bild”in yerli polis ilə birgə apardığı araşdırma göstərib ki, onların hamısı təbii səbəblərdən ölüb”, – materialda qeyd olunur.
Nəşrin məlumatına görə, Almaniya Sosial Demokrat Partiyası, Almaniya Azad Demokratik Partiyası, “Yaşıllar” və digər kiçik fraksiyaların hər birindən bir namizəd ölüb. Bələdiyyə seçkiləri sentyabrın 14-nə təyin olunub.
Bundan əvvəl, avqustun 31-də Hannover Universitetinin İctimai Maliyyə İnstitutunun direktoru Stefan Homburq Şimali Reyn-Vestfaliyada AfD-dən dörd namizədin öldüyünü bildirib. Onlar 66 yaşlı Ralf Lanq, 59 yaşlı Volfqanq Seyts, 71 yaşlı Volfqanq Klinqer və 59 yaşlı Stefan Berendes idi. Qeyd olunub ki, bütün bu hadisələr son iki həftə ərzində “qəfildən” baş verib.
Lalə,
BakuPost