Ru
18:27 / 04 Sentyabr 2025

Trampdan tərəfdarlarına QEYRİ-ADİ müraciət: Hər biriniz 15 dollar...

Trampdan tərəfdarlarına QEYRİ-ADİ müraciət: Hər biriniz 15 dollar...
Eye

ABŞ Prezidenti Donald Tramp öz tərəfdarlarına elektron məktub göndərərək, özünün "cənnətə düşə" bilməsi üçün 15 dollar ianə vermələrini xahiş edib.

Bakupost.az xəbər verir ki, məktubun mətni "Metro" qəzetinin saytında dərc olunub.

"Mən cənnətə düşməyə çalışmaq istəyirəm", - deyə Tramp yazıb.

O xatırladıb ki, keçən il ona sui-qəsd cəhdi edilib və güllə onun dərisini deşib. Onun fikrincə, Ağ Evə "triumfal" (qalib şəkildə) qayıdışı baş tutmaya bilərdi. Bununla belə, o inanır ki, Allah onu ABŞ-ni yenidən böyük edə bilsin deyə xilas edib.

Donald Tramp müraciətində qeyd edib ki, tərəfdarları hər zaman onun yanında olublar, o cümlədən də prezident seçkisi zamanı, məhkəmə proseslərində və ona sui-qəsd olunduğu məqamlarda.

"İndi dünyaya bu ölkəni xilas etmək üçün mübarizəmizdən heç vaxt geri çəkilməyəcəyimizi və heç vaxt təslim olmayacağımızı göstərmək vaxtı çatıb. Buna görə də mən Tramp üçün 24 saatlıq ianə kampaniyasına başladım və hər kəsdən xahiş edirəm ki, bu səylərin nəzərə alınması üçün 15 dollar töhfə versin", - deyə Tramp bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar