Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib.
Bakupost.az news24.az-a istinadən xəbər verir ki, “Medikus” klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb.
Bu zaman o, avtomobil qəzasında həlak olub.
Bildirilib ki, Yaqub Cabbarov uzun illər Ağcabədidə pediatr kimi işləyib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.