İsrail ordusu Qəzza şəhərinin 40 faizinə nəzarəti ələ keçirib.
Bakupost.az xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib.
"Bu gün Qəzza şəhərinin 40%-ni nəzarətimizdə saxlayırıq. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - o deyib.
Hərbi sözçünün sözlərinə görə, İsrail HƏMAS hərəkatının silahlı birləşmələrinə hücumu daim artırmaq niyyətindədir.
"Biz HƏMAS məğlub olana qədər təzyiqləri artıracağıq. Onları hər yerdə təqib edəcəyik", - general vurğulayıb.