Ru
22:28 / 04 Sentyabr 2025

Qrono Ermənistan səfərindən yazdı

Qrono Ermənistan səfərindən yazdı
Eye

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunları ilə bağlı X səhifəsində paylaşım edib.

Bakupost.az xəbər verir ki, diplomat İrəvanda baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və əsas qurumların digər yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü diqqətə çatdırıb.

Qrono görüşlərdə Azərbaycan-Ermənistan arasında sülh prosesi, qarşılıqlı fəaliyyət, transsərhəd əməkdaşlıq, eləcə də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalara uyğun sülh səylərinin müzakirə edildiyini bildirib:

"Avropa Birliyi yaxın tərəfdaş kimi Ermənistan və Azərbaycanı dəstəkləməkdə davam edəcək və tam hüquqlu sülhə nail olmaq üçün konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin edəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar