Ru
23:40 / 04 Sentyabr 2025

ABŞ Rusiyaya qonşu ölkələrlə bağlı bu proqramlardan imtina edəcək

ABŞ Rusiyaya qonşu ölkələrlə bağlı bu proqramlardan imtina edəcək
Eye

ABŞ Rusiyaya sərhəd ölkələrin ordularının maliyyələşdirilməsi üzrə bəzi proqramlardan imtina edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Pentaqon ötən həftə Avropa diplomatlarını ABŞ-ın artıq Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlimi və təchizatı üzrə proqramları maliyyələşdirməyəcəyinə dair məlumatlandırıb.

Qeyd olunur ki, bu proqramların xərcləri ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Lakin prezident Donald Trampın administrasiyası bu fondların artırılması üçün əlavə vəsait istəməyib. Hazırkı büdcə 2026-cı ilin sentyabrına qədər qüvvədədir.

Məqalədə vurğulanır ki, 2018–2022-ci illərdə Avropa ABŞ-ın digər ölkələrin təhlükəsizlik qüvvələrinin hazırlığı və təchizatı üçün ayırdığı 1,6 milyard dollarlıq vəsaitin təxminən 29 faizini alıb. Əsas benefisiarlar Estoniya, Latviya və Litva olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar