Qazaxıstan bankları - Kaspi Bank, Forte Bank, Avrasiya Bankı və Alatau City Bank Akmola vilayəti prokurorluğunun insan oğurluğunda iştiraklarına dair ittihamlarına cavab verib.
Bakupost.az xəbər verir ki, banklar keçmiş və ya indiki işçilərinin cinayət əməlində iştiraklarına dair bu günə qədər prokurorluqdan bildiriş almadıqlarını bəyan ediblər.
"İşçilərin adam oğurluğu cinayətində hər hansı iştiraklarına dair əlimizdə heç bir fakt yoxdur" - deyə, məlumatda bildirilir.
Sentyabrın 2-də prokurorluğun müstəntiqləri bildiriblər ki, həmyerlilərini oğurlayaraq onları kredit götürməyə məcbur edən mütəşəkkil cinayətkar qruplaşmalar bank işçiləri ilə sövdələşiblər. Artıq bu işlə bağlı 25 nəfər həbs edilib.
Bank rəhbərləri vurğulayıblar ki, iddiaları təsdiqləyən rəsmi sənədlər olsa, istintaqla əməkdaşlıq edəcəklər.