Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya təzyiqləri davam etdirməyə və sanksiyaları sərtləşdirməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksandr Stubb və Polşanın Baş naziri Donald Tusk tərəfindən verilən müştərək bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, Ukraynada qətllər davam etdiyi müddətdə Rusiyaya təzyiq göstəriləcək, sanksiyalar gücləndiriləcək və iqtisadi tədbirlər genişləndiriləcək ki, Rusiya hərbi iqtisadiyyatına təsir edilsin və ədalətli, dayanıqlı sülh əldə olunsun.