Güclü yağışların səbəb olduğu qəfil daşqınlar Pakistan, Kəşmir və Nepalda 400-dən çox insanın həyatına son qoyub, çox sayda insan itkin düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Pakistanın şimal-qərbində 48 saat ərzində ən azı 321 nəfər həlak olub, yerli hakimiyyət orqanları şənbə günü bildiriblər ki, Hayber Paxtunxva əyalətinin Buner bölgəsində ondan çox kənd daşqınlar nəticəsində dağılıb.
14:09
Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 307 nəfərə çatıb.