Ru
23:04 / 04 May 2026

Almaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"

Almaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"
Eye

"Vaşinqtonun Almaniyadakı hərbi kontingentinin sayını azaltmaq barədə qərarından sonra NATO-nun Avropadakı ənənəvi çəkindirmə imkanlarında heç bir çatışmazlıq yaranmayacaq".


Bakupost.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

"Biz bu vəziyyəti öz şəxsi imkanlarımızın daha sürətli inkişafı və yerləşdirilməsi üçün növbəti bir çağırış kimi qəbul etməliyik. Sadəcə olaraq başqa yolumuz yoxdur", - deyə nazir Afinada keçirilən mətbuat konfransında qeyd edib.

O, həmçinin vurğulayıb ki, hansı qərarların artıq qəti şəkildə qəbul edildiyini və vəziyyətə təsir etmək üçün Berlinin əlində hansı vasitələrin qaldığını anlamaq məqsədilə Almaniya ABŞ ilə sıx dialoqu davam etdirməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar