Ru
19:24 / 10 Oktyabr 2025

Anar Əsədlinin cinayət işi iki il sonra yenidən qaldırıldı

Anar Əsədlinin cinayət işi iki il sonra yenidən qaldırıldı
Eye

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq qərarı Baş Prokurorluq qərar qəbul edib.

Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun vəkili Hikmət Əliyev məlumatı təsdiq edib.

Xatırladaq ki, A.Əsədli 2023-cü ildə ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar