Ru
20:39 / 10 Oktyabr 2025

Rəsmi Bakıdan Qəzza ilə bağlı məsələyə - REAKSİYA

Rəsmi Bakıdan Qəzza ilə bağlı məsələyə - REAKSİYA
Eye

Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq.

Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, oktyabrın 9-da HƏMAS qruplaşması Qəzzada atəşkəsin əldə olunması ilə bağlı razılaşmanı təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar