Ru
19:59 / 10 Oktyabr 2025

“Bu, Azərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir” − Hacıyev

“Bu, Azərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir” − Hacıyev
Eye

"Yalnız oktyabr ayının ilk ongünlüyündə Azərbaycan Prezidenti İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə iştirak edib".

Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - deyə Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar