Ötən ay eyvandan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Bursa Məhkəmə-Tibbi Ekspertiza Bioloji İxtisas Dairəsinin hazırladığı rəyə əsasən, onun dırnaqaltı və digər nümunələrində başqa bir şəxsə aid DNT izinə rast gəlinməyib. Bu nəticə isə hadisədən əvvəl fiziki qarşıdurmanın baş vermədiyi ehtimalını gücləndirir.
Yalova Cumhuriyyət Baş Prokurorluğu isə məhkəmə-tibbi ekspertizasının nəticələrinin ardından digər sübutlar üzərində araşdırmaların davam etdiyini qeyd edib.
Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq həyatını itirmişdi. Sənətçi arabesk janrındakı “Her Şeyim Oldun”, “Sabah Olmadan”, “Bendeki Sen” və “Varlığın Yeter” kimi mahnıları ilə məşhurlaşıb.