Vladimir Putin və Donald Tramp arasında Alyaska görüşündən sonra Rusiya Ukraynada nizamlanma istiqamətində müəyyən addımlar atmağa hazırdır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Kommersant"a açıqlamasında deyib.
O əlavə edib ki, bunun üçün Vaşinqton Avropa və Kiyevlə işləməlidir:
“Biz orada (Alyaskada – red.) müəyyən güzəştlərə getdik. Bu güzəşt, daha doğrusu, bizim irəliyə doğru addımımız amerikalıların Avropa və Ukrayna blokundan nə əldə etməli olduqları ilə bağlıdır. Əgər biz müzakirə etdiyimizə, amerikalıların razılaşdıqlarına nail olsaq, o zaman sülh yolu ilə həllə nail olacağıq".