“Apple” 2027-ci ildə süni intellektlə işləyən yeni ağıllı kamera və ev təhlükəsizlik sistemi təqdim etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, sistem görüntüləri süni intellekt vasitəsilə analiz edəcək və hərəkət və ya şəxsin kameranın qarşısına çıxması kimi mühüm hadisələri aşkar etdikdə video qeydini aktivləşdirəcək.
Kamera fasiləsiz görüntü yazmaq əvəzinə yalnız vacib anları saxlayacaq. Sistem həmçinin müəyyən hadisələr barədə istifadəçiyə bildiriş göndərə biləcək.
Yeni sistemin yaddaş və internet trafikinə sərf olunan məlumatı azaltması, eləcə də lazımi görüntülərin daha tez tapılmasına imkan verməsi gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost