Çində ər dronla arvadının xəyanətinin üstünü açıb.
Bakupost.az xəbər verir ki, Hubey əyalətində 33 yaşlı Çzin arvadının ona qarşı soyuduğunu və tez-tez valideynlərinə baş çəkmək adı ilə evdən çıxdığını görür.
Arvadının məşuqu olub-olmamasına əmin olmaq üçün kişi qeyri-adi izləmə metoduna əl atıb.
O dron alaraq havadan arvadını izləyib.
Nəhayət ki, o qadını müdiri ilə maşında şəhər ətrafı parka gedib, əl-ələ gəzdiyini qeydə alır.
Çzin arvadını xəyanət iddiası ilə məhkəməyə verib, təzminatsız boşanacaq.
İnsanlar isə dronun bu faydasının da olduğuna şahid olub.
Aygün Musayeva
BakuPost