Ru
14:48 / 28 Yanvar 2019

Atatürk parkında hansı işlər görülüb? - Layihənin VİDEOSU

Atatürk parkında hansı işlər görülüb? -  Layihənin VİDEOSU
Eye

  


Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.



Bakı Şəhər İcra Hakimiyyətindən BakuPost-a verilən məlumata görə, bu park böyük bir şəxsiyyətin – Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir. 



İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə  heç kimi qane etməyib.  Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və  təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon icra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub.

 

Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları  yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək.

 

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir-yenidənqurma işlərinə başlanıb. Heç bir sənədi olmayan, müvəqqəti qoyulmuş ictimai-iaşə obyektləri, köhnəlmiş yelləncəklər yığışdırılıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. Hazırda həmin parkda Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qurumları – Mənzil- Kommunal Təsərrüfat Departamenti və xidmətlər tərəfindən işlər aparılır. O cümlədən parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.  Məlumdur ki, ağacların da yaşayış ömrü var, onlara qulluq göstərilməlidir. Hazırda ağaclara qulluq mövsümü olduğu və parkda aparılan böyük işlər nəzərə alınaraq  oradakı ağaclar budanır, ağacların cavanlaşdırılması üçün müəyyən aqrotexniki işlər həyata keçirilir, dibinə mineral gübrələr verilir. Ağacların qurumuş budaqları kəsilib. Başqa sözlə ağacların məhv edilməsi deyil, yenidən cavanlaşdırılması prosesi gedir. Öz ömrünü başa vurmuş, çürümüş, gələcəkdə parkda istirahət edən insanlara təhlükə yarada biləcək ağacların çıxardılıb, yerində yenilərinin əkilməsi prosesi gedir. Həmişəyaşıl ağaclar da qaydaya salınır.

 

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünin yenilənməsi nəzərdə tutulub. Bu gün o istiqamətdə işlər gedir. Ərazidə abadlıq işləri  davam edir. 



Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar