Ru
11:08 / 31 Oktyabr 2025

Avtobus motosiklet sürücüsünü vurdu - ANBAAN VİDEO

Avtobus motosiklet sürücüsünü vurdu - ANBAAN VİDEO
Eye

Dünən saat 12 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində "Hyundai" markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və "TVS-200" markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün xəsarət alması ilə nəticələnib.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladır:

"Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar