Ru
11:01 / 19 İyun 2025

70 kq qızılla tutulan polkovnik-leytenantın həbsi uzadıldı

70 kq qızılla tutulan polkovnik-leytenantın həbsi uzadıldı
Eye

Ötən il saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olmuş Qəhraman Məmmədovun cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, polkovnik-leytenant Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul Hava Limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Q.Məmmədov həbs edilib. O, AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar