Ru
17:10 / 01 Avqust 2024

ABŞ Gürcüstanla bağlı şərtini açıqladı

ABŞ Gürcüstanla bağlı şərtini açıqladı
Eye

Hökumət anti-Qərb və antidemokratik kursundan əl çəkərsə, ABŞ Gürcüstan hökumətinə dəstək proqramlarını bərpa etməyə hazır olacaq.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə deyib.

O, ABŞ-ın dəstək proqramlarının dayandırması qərarını Gürcüstan hakimiyyətinin anti-Qərb kursu ilə əlaqələndirib.

“Birləşmiş Ştatlar bu addımı Gürcüstan hakimiyyətinin son antidemokratik hərəkətləri və həm Aİ, həm də NATO-ya üzvlük meyarlarına uyğun gəlməyən yalan bəyanatlarına görə atıb”, o qeyd edib.

Patel xatırladıb ki, sorğular Gürcüstan əhalisinin mütləq əksəriyyətinin Aİ-yə üzvlük istəyini təsdiqləyir, lakin hakimiyyət öz hərəkətləri ilə ölkəni əks istiqamətə aparır.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar