Ru
14:57 / 11 Avqust 2022

Abutalıbovun İstanbuldakı məşhur otelindən reportaj - Çirkli pullar necə yuyulur? - VİDEO

41680
Bakının sabiq meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov mətbuatın həmişə maraqla izlədiyi şəxs olub.

Zaman-zaman onun biznesi, ümumiyyətlə, fəaliyyəti, dini inancı barədə sensasion, hətta bəzən inanılması çətin olan informasiyalar yayılıb, iddialar səsləndirilib. H. Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra belə yazılar səngiyib.


Bu isə heç də İ.Abutalıbovun fəaliyyət sürətinin enməsi anlamına gəlməməlidir. Əksinə, o, Türkiyədəki biznesini inanılmaz dərəcədə genişləndirir. Əgər Əbu Bəkr ləqəbli İsrafil Abutalıbov İstanbulda 2017-ci ildə ilk hotelini - beşulduzlu "Ajwa Sultanahmet Hotel"i açmışdısa, indi onun biznes obyektlərinin sayı-hesabı bilinmir.






Yeri gəlmişkən, İsrafilin necə Əbu Bəkr olduğu yəqin ki, yadınızdadır. Bakının sabiq merinin oğlunun bir zamanlar vəhabilərə qoşulduğu, onlar kimi uzun saqqal saxladığı, qısa şalvar geyindiyi haqda söhbətlər hamının yadındadır. O vaxtdan hamının onu vəhabilərin verdiyi Əbu Bəkr adı ilə çağırdığı söylənilir. Hətta Türkiyənin “Hürriyyət” qəzetinin"Ajwa Sultanahmet Hotel"i barədə hazırladığı reportajda da İsrafil Abutalıbovun adı Əbu Bəkr kimi keçir.


Bakupost.az -ın İstanbulda səfərdə olan əməkdaşı, maraqlı, həm də qalmaqallı personanın - İsrafil Abutalıbovun Türkiyədəki biznesi barədə kiçik araşdırma aparıb, onun İstanbuldakı ilk hotelinə - beşulduzlu "Ajwa Sultanahmet Hotel"inə baş çəkib.





"Ajwa Sultanahmet Hotel"i məşhur Sultanahmet camisinə yaxın ərazidə yerləşir; Fatih bələdiyyəsinin ərazisi, Çemberlitaş deyilən küçədə. Buranı "kiçik otellər şəhərciyi" də adlandırmaq olar. Turistlərin ən çox üz tutduğu məkan: şəhərin ən görməli yerlərinə, sahilə yaxın, amma nisbətən ucuz otellərin yerləşdiyi ərazi. Bu ərazinin isə bir “göz muncuğu” var. Ən bahalı, fantastik qiyməti ilə hər kəsin diqqətini çəkən, hamıda qəribə bir şübhə yaradan otel. Hamı bu qədim, çox da möhtəşəm görünməyən otelin fantastik qiymətinin altında “xəzinə” yatdığının fərqindədir.




Otel 2017-ci ildə öz qapılarını qonaqların üzünə açıb. "Ajwa" Osmanlı memarlığı üslubunda bəzədilib. Hoteldə musiqi əvəzinə su və quş səsləri kimi təbii effektlərdən istifadə olunur: Səlcuqlu, Osmanlı və bu torpaqlarda yaşamış bir çox mədəniyyətlərdən ilham alan hotel son texnologiya ilə təchiz olunub. Topqapı bərpaçılarının əl işləri, taxta və sədəflə bəzədilmiş kreslolar... Hotel ənənəvi hamam mədəniyyətini texnologiya ilə birləşdirən buxar otağı, masaj və üzgüçülük hovuzundan ibarət müasir SPA mərkəzinə malikdir, qapalı hovuz və Osmanlı üslubunda otaqlar təklif edir. "Ajwa"nın hər mərtəbəsi Azərbaycanın görkəmli rəssamlarının birinin rəsm əsərləri ilə bəzənib - Səttar Bəhlulzadə, Mahmud Mahmudzadə, İslam İsrafilzadə, Cəmilə Həşimova, Salam Salamzadə, Mikayıl Abdullayev, Nadir Axundov, Maral Rəhmanzadə və s. Döşəmələrə isə Təbriz xalçaları, Azərbaycandan gətirilmiş əllə toxunmuş ipək xalçalar sərilib.





Hotelin son mərtəbəsində dənizə mənzərəsi olan "Zəfəran" restoranı fəaliyyət göstərir və burada ənənəvi Azərbaycan yeməkləri təqdim edilir. “Zəfəran” İstanbulun ən bahalı restoranlarından biri hesab olunur. Burada müştərilərə Beluqa kürüsü, Azərbaycan mantısı, gürzə, qutab növləri, şah plov, toyuq ləvəngisi, müxtəlif kabab növləri, bir sözlə, Azərbaycan mətbəxinin demək olar ki, bütün təamları təqdim edirlir. Restoranda yeməklərlə yanaşı Azərbaycan şirniyyatları - paxlava, şəkərbura, şor qoğal, şərbətlər, təzə şirələr və kokteyllər də verilir. O da qeyd olunur ki, "Zəfəran" alkoqolsuz restorandır. Restoranda yeməkləri Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş 60-a qədər aşpaz hazırlayır. Yeri gəlmişkən, Abutalıbovların İstanbulda “Zəfəran” adı ilə fəaliyyət göstərən başqa restoranlarının və apteklərin olduğu da bildirilir.





Otelin qiymətlərinə gəlincə isə, burada ən ucuz nömrə 800 avrodan başlayır. Düzdür, bəzən burada endirim kamnpaniyalarından da yararlanmaq mümkündür, amma bu, şans məsələsidir. Oteldə ən bahalı nömrə isə 35 min avrodur. İşin ilginc tərəfi odur ki, çox vaxt oteldə turist olmasa da, otaqlar müştərilərə verilmir.


Qonşuluqda fəaliyyət göstərən otel əməkdaşlarının sözlərinə görə, ayda azı bir dəfə otel İ. Abutalıbovun dostları üçün bağlanır. Bütün otel onlara xidmət edir. İ. Abutalıbovun dostları isə adi adamlar deyil. Onun Türkiyə dövlətini idarə edən, ən yüksək postlarda olan adamların övladları ilə yaxın dostluq münasibətlərinin olduğu deyilir. Şahidlərin sözlərinə inansaq, həmin şəxslər qonaq gələndə nəinki otel, hətta otelin yerləşdiyi küçədə giriş-çıxışa bağlanır.

Həmin ərazidə otelçiliklə, eyni zamanda turizm sahəsində çalışanlar iddia edirlər ki, "Ajwa" özünün fantastik qiymətlərinə baxmayaraq, rentabelli işləyə bilməz. Gələn müştərilərlə heç personalların, aşpazların əmək haqqını ödəmək mümkün deyil. Onlar iddia edirlər ki, bu otel Abutalıbovun çirkli pul yuyan maşınıdır...




Qeyd edək ki, Türkiyənin məşhur "Hürriyyət" qəzeti də 2017-ci ilin fevralında bu hotelin açılışından reportaj hazırlayıb. Orada bildirilirdi ki, yarımadanın ilk beşulduzlu hoteli olan AJWA layihəsinin arxasında “12 Group”un sahibi, azərbaycanlı iş adamı Əbu Bəkr dayanır. Onun buradakı köhnə oteli 20 milyon dollara aldığı, tamamilə təmir etdirdiyi və Ajwa brendi ilə adlandırdığı bildirlir:


"Əbu Bəkr vaxtilə "Aziyadə hoteli" adlanan binanı aldı və üç illik bərpadan sonra qrupun şirkətlərindən biri olan "Gülab Architecture Office"in layihəsi ilə mehmanxanaya çevirdi”.


Hələ o zaman "Hürriyyət" qəzeti "AJWA Hotel Sultanahmet"dən sonra Əbu Bəkrin ikinci hotel üçün Kapadokiyanı seçdiyini bildirmişdi. "Gülab Architecture" komandasının layihəsi ilə 1400-cü illərdə tikilmiş ənənəvi karvansaray bərpa və dizayn edilərək, "AJWA Hotel Kapadokiya" kimi fəaliyyətə başlayıb. "Ajwa Cappadocia Hotel" qiymətlərinə görə heç də İstanbuldakından geri qalmır. Türkiyə mediasının yazdığına görə, "Ajwa Cappadocia Hotel" 98 otaq və 10 mağaradan ibarətdir. Burada Əbu Bəkrin "12 Group" şirkəti tərəfindən ümumilikdə 3 hotel binası inşa edilib.


Karvansara konsepsepsiyası və Səlcuqilər memarlığı əsasında qurulan oteldə 120 m2-də başlayan və 600 m2-ədək dəyişəm 10 mağara fəaliyyət göstərir. Ərazidə böyük meyvə bağları salınıb. Bildirilir ki, "Zəfəran" restoranlarında yalnız bu bağlarda yetişdirilən meyvə-tərəvəzlərdən istifadə olunur.


O da bildirilir ki, Əbu Bəkr "Zəfəran"ı restoranlar şəbəkəsinə çevirməyi bacarıb. Bununla da kifayətlənməyən iş adamı Türkiyədə daha bir neçə otel, avtomobil parkları, istirahət mərkəzləri və digər obyektlərə sahibdir. Hətta obyektlərinin sayının sürtələ artığını görən Fatih bələdiyyəsinin Əbu Bəkrə yeni obyektlər almaq qadağası qoyduğu bildirilir.




Xatırladaq ki, Hacıbalı Abutalıbovun oğlu bir vaxtlar Bakının hər cür əyləncə mərkəzlərində vaxt keçirməsi, lüks avtomonillər sürməsi, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi işləməsi ilə tanınırdı. Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı ilə ailə qurub boşandıqdan sonra Londona köçən və bir müddət sonra oradan vəhabi kimi Bakıya qayıdan İsrafil Abutalıbov daha sonra İstanbulda gedib, orada öz böyük biznes imperiyasını qurdu. Əlbəttə, onun ilk sərmayəsi atasının müxtəlif qanunsuz yollarla qazandığı pullar idi. Həm məzhəbini, həm də həyatını dəyişən Əbu Bəkr öz restoranına belə ərəb adı qoyub. İnsanları cəlb edən ekzotik ad: Ajwa (ərəbcə "Əcva") Mədinə xurması növüdür. Görünür, bu ad da onun vəhhabi dünyagörüşündən qaynaqlanır.

Türkiyədə hamı onu Əbu Bəkr adlandırsa, dindar şəxs kimi tanısa, restoranlarında alkoqola icazə verməsə də, Abutalıbovun oğlunun bu sərvəti halal yolla qazanmadığı heç kimə sirr deyil. Əslində onun hotel və restoranlarının təyinatının gəlir qazanmaq yox, çirkli pulları yumaq olduğu bildirilir ki, bu da həqiqətə ən yaxın versiyadır.





Zaur
BakuPost
Şərhlər
  • Partiya üçün Bakposta azana

    Sənin partiyan da sənin kimi düşünürsə,başına daş!Ay adam Hacıbala Hakimiyyətin dəstəyi ilə illərlə rüşvət alıb,oğurluq edib,mənimsəyib,Azəbaycanda topladığını xaricə daşıyıb.Buna .yəni hamının gözü qarşısında olan cinayətə hakimiyyət göz yumub. Sən isə halaldır yazırsan. Utanmırsan? Bu məsələ dərhal DTX tərəfindən diqqətə alınıb.Azərbaycandan oğurlanıb daşınan vəsaitlərin geri qaytarılması təmin edilməlidir. Tək Hacıbala deyil ki! Vəzifədə olan və vəzifədən gedən YAP-çılar oğurlayıb daşıdıqları qaytarılmalıdır.

  • Vətəndaş

    Bu əmlakların Abutalıbovun maaşı ilə əmələ gələn olmadığını,yalnız rüşvət və mənimsmə nəticəsi olduğu tam bəlli olduğu halda niyə hakimiyyət bunu rtaya çıxarıb əlindən alıb dövlətə qaytarılmasına qərar ermək fikrində deyil.Yoxsa müəyyən adamların cinayətləri dövlət tərəfindən ört-basdır edilir.Bu necə idarə etməkdir?Bir dəstə hakimiyyətə soxuşdurulub ölkəni dağıdıblar,milyonlar mənimsəyib sərbəst gəzir.Budurmu demokratik idarəçilik!

  • Partiya üzvü BakPosta

    Hacıbala müəllimə canla-başla qulluğuna görə halaldır! AXCP və digər partiyalar əcnəbidən köçürdükləri nizamnamələrlə mövcud Azərbaycan hakimiyyətini Qarabağa da yox, siçovul yuvasına göndərəndə O, redaksiyalarda yeni lider üçün özü tərtib etdiyi YAP sənədlərini təkcə şəxsən özü qucağnda daşıyırdı! Bir Lebedev də bunun şahidi olub.

  • Mütəllim

    Çirkli pullar hakimiyyət imkan verdiyi üçün ölkədən rahatlıqlq çıxarılır və bunlar əsl Azərbaycanlılar deyil.Onlar çalıb.çapıb ölkə varidatını xaricə daşıyır,evladlarını,çoxu ailəsini xaricdə yerləşdirirlər.buna hakimiyyət birbaşa cavabdehdir.Ölkənin gömrüyü,sərhəd xidməti və nəhayət Təhlükəsizlik Xidməti isə buna göz yumur.

  • Eli

    Pullar çirkli olsa da görülen işler temizdir,her halda Ordubadlı başı işlyib bu işde ki hem elmden,hem biznesden başı çıxır.Guya o bşri memurlar qurduqları biznes şebekeleri halal pullardan olub

  • t.ədalət

    Deyilənə görə Hacıbalanın da anası ermənidir.erməni qanlılara bağlı qapı yoxdur.Respublikamızda vəzifəlilərin ysarıdan çoxu erməni poxu ilə iylənir.

  • Veteran

    Az qalıb bu antimilli ünsürlərin döranına.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər