Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağdam-Füzuli yolunda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Bakupost.az -a verilən məlumata görə, 09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
****
Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.